Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Harvey fırtınası Amerikada yolları çaya çevrib - VİDEO

Harvey fırtınası Amerikada yolları çaya çevrib - VİDEO
ABŞ-ın Texas ştatında tropik Harvey fırtınasının gətirdiyi leysan yağışlarına görə azı 2000 nəfər seldən xilas edilib.
Su basmış avtomobillərdə bəzi ölüm halları barədə məlumatlar var, amma araşdırmalar davam etdirilir, polis bildirib.
Texas Qubernatoru Greg Abbott bildirib ki, "inanılmaz dərəcədə güclü yağış" hələ də davam edəcək.
"Biz Houston, Victoria və Corpus Christişəhərlərində davam edən yağış üçbucağı ilə məşğuluq," cənab Abbott bildirib.Harvey fırtınası Amerikada yolları çaya çevrib - VİDEO
Qubernator Abbott fırtına ilə bağlı ölüm hallarını təsdiqləyə bilməyəcəyini deyib. Hərçənd ki, cümə, şənbə və bazar günləri üç nəfərin ölməsi təsdiqlənib. Milli Hava Xidməti hava şəraitini "misli görünməmiş" adlandırıb.
Qubernator Abbottəlavə edib ki, təxminən 250 yol və avtomobil yolu bağlanıb. Houston meri Sylvester Turner insanları həyati təhlükəsi olmayanadək xilasetmə orqanlarına zəng etməməyə çağırıb.
"Küçəyə çıxmayın.
Zənn etməyin ki, fırtına bitib", o əlavə edib. 
Harvey fırtınası Amerikada yolları çaya çevrib - VİDEO
BBC-nin Houston-dakı müxbiri James Cook bildirib ki, leysan yağışlarına görə yollar çaya çevrilib. Son 13 ildə ilk dəfə olaraq ABŞ-da belə güclü yağıntılara səbəb olmuş Harvey fırtınası cümə günü başlayıb.
Onun çərşənbə gününədək davam edəcəyi proqnozlaşdırılır.