Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

BAKIDA YÜK AVTOMOBİLİNİN GƏLİN MAŞINI ÜZƏRİNƏ AŞMASI İLƏ BİTƏN QƏZANIN GÖRÜNTÜLƏRİ YAYILIB - VİDEO

7-09-2017, 08:03 Baxış: 416
BAKIDA YÜK AVTOMOBİLİNİN GƏLİN MAŞINI ÜZƏRİNƏ AŞMASI İLƏ BİTƏN QƏZANIN GÖRÜNTÜLƏRİ YAYILIB - VİDEO
Dünən Bakıda yük avtomobilinin gəlin maşını üzərinə aşması ilə nəticələnən qəzanın görüntüləri yayılıb.

Yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində "90-OA-084" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil bəy və gəlini toy mərasiminin keçirildiyi şadlıq evinə apararkən qəzaya uğrayıb.

"90-JS-731" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı kiçik tutumlu yük maşını dönmə əməliyyatını yerinə yetirərkən "Mercedes" markalı avtomobilin üzərinə aşıb. Avtomobillərdə olanlardan heç biri xəsarət almayıb. Ancaq "Mercedes" markalı avtomobilə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.