Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Ukraynada hərbi anbar partladı: 30 min adam... - Video

27-09-2017, 09:41 Baxış: 179
Ukraynada hərbi anbar partladı: 30 min adam... - Video
Ukraynada, Vinnitsa vilayətində hərbi hissələrdən birinin silah anbarında partlayış baş verib.
RİA-ya xəbər verir ki, Kalinovka şəhərində yerləşən hərbi hissə anbarındakı partlayış barədə yerli vaxtla saat 21:50-də polis bölməsinə məlumat daxil olub.
Ukrayna Milli Polisinin sədr əvəzi Vyaçeslav Abroskin Vinnitsa, Jitomir və Xmelnitski əyalətlərinin polislərini həyəcan siqnalı ilə olay yerinə cəlb edib. Bölmələrin fəaliyyətini əlaqələndirmək üçün özü də hadisə yerinə gedib.
Hərbi hissəyə yaxın ərazilərdə yaşayan 30 min insan təxliyə edilib.
Hələlik cəmi bir nəfərin yaralandığı bildirilir.
Ukrayna 50 km radiusunda hərbi hissənin hava məkanını bağlayıb.
Anbarda "Smerç”, "Uraqan”, və "Qrad” raketlərinin atəş sistemləri saxlanılırmış.