Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Gürcüstan DİN ermənilərlə polis arasında qarşıdurma ilə bağlı məlumat yayıb

30-09-2017, 19:34 Baxış: 295

Gürcüstan DİN ermənilərlə polis arasında qarşıdurma ilə bağlı məlumat yayıb

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Samtsxe-Cavaxeti bölgəsinin Kumudro kəndində yerli erməni sakinlərin iştirakı ilə baş vermiş insidentlə bağlı məlumat yayıb.

 Bir qrup yerli sakin Kumudro kəndində X əsrə aid olan və bərpası davam etdirilən kilsəyə daxil olmağa cəhd ediblər: "Mühafizə polisi vətəndaşlara kilsə ərazisinə daxil olmağa icazə verməyib və bundan sonra bəzi sakinlər polis əməkdaşlarına qarşı fiziki güc tətbiq edərək onlara daş atıblar. İnsident nəticəsində polis əməkdaşları xəsarət alıb və nazirliyə məxsus maşınlara ziyan dəyib. Daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub və yerli sakinlərlə görüşüb. Hazırda kənddə vəziyyət sakitdir”.

DİN insidentlə bağlı istintaqa başlayıb.

Qeyd edək ki, Kumudro kəndinin erməni sakinlərinin kilsə ərazisinə daxil olmağa cəhdinin məqsədi orada xaç quraşdırmaq olub.  


Gürcüstan DİN ermənilərlə polis arasında qarşıdurma ilə bağlı məlumat yayıb
Gürcüstan DİN ermənilərlə polis arasında qarşıdurma ilə bağlı məlumat yayıb
Gürcüstan DİN ermənilərlə polis arasında qarşıdurma ilə bağlı məlumat yayıbGürcüstan DİN ermənilərlə polis arasında qarşıdurma ilə bağlı məlumat yayıb