Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Xınalığa 17 sm qar yağıb

3-10-2017, 10:37 Baxış: 379
Xınalığa 17 sm qar yağıb
Oktyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə (Xınalıq, Qırız, Şahdağ) qar yağıb.
Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-39, Lənkəran-Astara zonasında 9-110, Böyük Qafqazda 9-70, Mərkəzi-Aran rayonlarında 8-56, Kiçik Qafqazda 22-35, Qazax-Gəncə zonasında 8-25, Naxçıvan MR-da 2-10 mm olub.
Qar örtüyünün hündürlüyü Xınalıqda 17, Qırızda 7, Ləzədə 3 sm təşkil edib.

Xınalığa 17 sm qar yağıbXınalığa 17 sm qar yağıbXınalığa 17 sm qar yağıb