Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

“Biz yeraz”ıq, yerlibazıq” mahnısını oxuyan Zarina: “Rusiyada çox sifariş edirlər...” - VİDEO

3-11-2017, 23:59 Baxış: 1 077
“Biz yeraz”ıq, yerlibazıq” mahnısını oxuyan Zarina: “Rusiyada çox sifariş edirlər...” - VİDEO
Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə "Yerazam, yerlibazam” mahnısı geniş yayılmağa başlayıb. Xüsusən də əslən İrəvandan olan azərbaycanlılar bu mahnıya xüsusi maraq göstərir.
Xatırladaq ki, "yeraz” sözü el arasında "Yerevan (İrəvan) azərbaycanlısı”nın qısaldılmış formasıdır.
Adıçəkilən mahnıya gəldikdə isə, qeyd edək ki, mahnının sözləri Firdovsi Rəsula, musiqisi Tural Hüseynova, ifaçı isə "Ağla gözəl” mahnısı ilə məşhurlaşan Zarina Tağıyevadır. 26 yaşlı müğənni həm də öz meyxanaları ilə də məşhurdur.
Buna görə də sənətçi bəzən "Meyxanaçı Zarina”, "Buzovnalı Zarina” kimi də təqdim edilir.
Hazırda Rusiyada olan müğənni sonuncu "Yerazlar” mahnısı ilə bağlı danışıb: "Mən adətən meyxanaçı Zarina kimi tanınmıram.
Çünki adətən meyxanaçı bədahətən meyxana söyləyənlərə deyilir.
Mən isə həm meyxana, həm də şanson mahnıları oxuyuram.
"Yerazam” mahnısına gəldikdə isə, yəqin ki, məlumatınız var, mən əslində buzovnalıyam.
Sadəcə "yeraz” dostlarım çoxdur.
"Yeraz” dostlarımdan biri onlar haqda mahnı oxumağımı xahiş etdi və mən də bu mahnını onlara hədiyyə etdim.
Hazırda Rusiyanın İvanovo vilayətindəyəm.
Burda məclislərə dəvət almışam. Rusiyada "Yerazlar” mahnısını tez tez-tez sifariş edirlər.
Gürcüstandan da dəvətlər alıram və daha çox ad günü məclislərində iştirak edirəm. Lakin bəzən toylara da dəvət alıram”.
Müğənni bundan əvvəl digər regionlara da aid mahnı oxuduğunu qeyd edib: "Təkcə "yeraz”lara deyil, bundan əvvəl dağlılar və qubalılar üçün də mahnı oxumuşam.
Qeyd edim ki, mən 5 ildir ki, bu sənətdəyəm və daha çox "Ağla gözəl” mahnısı ilə populyarlıq qazanmışam.
Daha sonra "Dolya vorovskaya” mahnısı ilə populyarlaşdım.
Hətta həmin mahnını həbsxanada keçirilən bir neçə tədbirdə oxumuşam.
Bu mahnını sırf dustaqlar üçün oxuyuram.
Yəqin ki, "Rezonans” verilişində ifamı görmüsüz”.
Müğənni son illərdə efirdən yan gəzməsinə isə bu cür aydınlıq gətirdi:
"Artıq 2-3 ildir ki, efirdən qaçıram.
Dəvətlər çoxdur.
Lakin görürsən ki, şəxsi həyatla bağlı elə suallar verirlər, şit-şit zarafatlar edirlər ki, adam efirə çıxmaq istəmir.
Şou-biznesdən isə tamamilə uzağam, özümə heç kimi rəqib görmürəm.
Allah mənə səs verib, yalnız öz işlərimlə məşğulam.
Ötən il yeni diskimin təqdimatını etdim.
Artıq bu il də yeni diskimin işıq üzü görməsi üçün çalışıram, yeni klip çəkdirməyi düşünürəm”.