Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Həftənin ən qəribə avtomobil qəzası - Sürücünün qəzadan sonrakı hərəkəti görənləri güldürdü - VİDEO

18-11-2017, 14:22 Baxış: 262
Həftənin ən qəribə avtomobil qəzası - Sürücünün qəzadan sonrakı hərəkəti görənləri güldürdü - VİDEOUkraynada 3 "Lada” markalı avtomobilin iştirakı ilə qəza baş verib.
Bir "Lada” avtomobili digərini yedəkdə çəkir.
Yolayrıcını keçərkən yedəkdə gedən "Lada” qəribə tərzdə idarəetməni itirir və perpendikulyar yolda gözləyən başqa bir "Lada”ya çırpılır.
Olayın ən gülməli epizodu da bundan sonra baş verir.
Avtomobil digərinə çırpılandan sonra geriyə hərəkət etməyə başlayır, bu zaman sürücü qapını açıb bayıra tullanır, amma heç bir saniyə də gözləmədən avtomobilə qayıdır və onu saxlayır.
Hadisə nəticəsində heç kim xəsarət almayıb.