Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Ömər Eldarov 90 - MÜSAHİBƏ - VİDEO + FOTOLAR

11-12-2017, 15:49 Baxış: 1 444
Ömər Eldarov 90 - MÜSAHİBƏ - VİDEO + FOTOLAR Mərkəzi Elmi Kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Röya İsrafilovanın müsahibi Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarovdur. 
O, uşaqlıqdan özünün rəssamlığa olan marağından, bu sənətin incəliklərindən və 90 illik ömründə bu günə qədərki fəaliyyətindən danışdı. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar.

Onu da qeyd edək ki, dekabrın 21-də Ömər müəllimin 90 yaşı tamam olur. Biz ona Allahdan can sağlığı arzu edirik və müsahibəni sizlərə təqdim edirik:


Röya İsrafilova
AMEA Mərkəzi Elmi Kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı