Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

"Barselona" "Atletiko"nu məğlub edib, Messi karyerasında 600-cü qolunu vurub - VİDEO

4-03-2018, 22:02 Baxış: 442
"Barselona" "Atletiko"nu məğlub edib, Messi karyerasında 600-cü qolunu vurub - VİDEO
Futbol üzrə İspaniya çempionatının 27-ci turunda "Barselona" öz meydanında "Atletiko"nu qəbul edib. 
"Kamp Nou" stadionunda keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Matçda yeganə qolu 26-cı dəqiqədə cərimə zərbəsindən Lionel Messi vurub.
Bu, onun bütün rəsmi turnirlərdə vurduğu 600-cü qol olub.
Messi bu qollardan 539-nu 13 ildir şərəfini qoruduğu Kataloniya klubunda, 61-ni isə Argentina millisinin heyətində aktivinə yazdırıb. Bu məğlubiyyət "Atletiko"nun Primeroda altıaylıq qələbə seriyasına son qoyub.
"Barselona" qələbə sayəsində xallarının sayını 69-a çatdırıb və turnir cədvəlində liderliyini daha da möhkəmləndirib.
"Atletiko" (61) ikinci yeri tutur.
İspaniya - Primero. 27-ci tur "Barselona" – "Atletiko M" - 1:0 Qol: 1:0 – Messi – 26