Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Oleq Tabakov dünyasını dəyişdi - VİDEO

12-03-2018, 17:31 Baxış: 337
Oleq Tabakov dünyasını dəyişdi - VİDEO
Rusiyanın məşhur kino aktyoru, keçmiş SSRİ-nin xalq artisti Oleq Tabakov vəfat edib.
REN TV-nin verdiyi xəbərə görə, uzun müddətdir komada olan aktyor bu gün dünyasını dəyişib.
O, ötən ilin noyabrından xəstəxanada müalicə olunurdu.
Oleq Tabakov 1935-ci ildə Saratovda doğulub.
Orta məktəbi bitirdikdən sonra Moskva Bədii Teatrı nəzdindəki studiya-məktəbdə təhsil alıb.
O, aktyorluqdan əlavə, rejissor və pedaqoq da olub.
O. Tabakovun çəkildiyi əksər filmlər sovet kinematoqrafiyasının klassikasına çevrilib.
Bu sırada "Baharın 17 anı", "Müharibə və sülh", "D'Artanyan və 3 muşketyor", "Oblomovun həyatından bir neçə gün" və digər filmləri qeyd etmək olar.