Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

General: Yanğında kiminsə özünü binadan atması... - Video

28-04-2018, 17:25 Baxış: 350
General: Yanğında kiminsə özünü binadan atması... - Video
Bakının Heydər Əliyev prospektində yerləşən göydələndə yanğın baş verib.
Bu barədə istifadəçilər sosial şəbəkələrə video yükləyib.
Təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb. Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur. Yanğın baş verən əraziyə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***
Yanğın baş verən əraziyə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov gəlib.
 
***
Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Bildirilir ki, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

***
Baş verən yanğın lokallaşdırılıb. Məlumata görə, yanğın binanın çölünü əhatə edib. Binanın içərisinə yanğın keçməyib. Hazırda yanğınsöndürənlər tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
***
Yanğın söndürülüb. Hazırda yanğının səbəbləri araşdırılır.
 
***
Yanğın haqqında məlumat Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə 12:10 radələrində daxil olub.
Təxminən 3 saatdan artıq davam edib. Yanğın tam söndürülüb. Bu sözləri Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib. O bildirib ki, hadisə yerinə 25 texnika, 100-ə yaxın canlı qüvvə cəlb olunub: "Yanğının uzun davam etməsinin səbəbi su qıtlığı ilə əlaqədardır. Hazırda şəhərdə tıxacdır. Bu iri texnikaların yanğın yerinə yaxınlaşmasına çətinlik törədirdi. Yanğının baş vermə səbəbləri araşdırılır. Yanğın 18-ci mərtəbən yuxarıda baş verib. Xəsarət alan yoxdur. Bəzi informasiya vasitələrində yazılır ki, kimsə özünü binadan atıb. Bu məlumat tam əsassızdır və yalandır. Yanğınsöndürənlər arasında da zəhərlənən olmayıb".
General: Yanğında kiminsə özünü binadan atması... - Video
General: Yanğında kiminsə özünü binadan atması... - Video