Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Damlanı təhqir edən Elza Seyidcahana efir qadağası qoyuldu - VİDEO

4-06-2018, 14:29 Baxış: 415
Damlanı təhqir edən Elza Seyidcahana efir qadağası qoyuldu - VİDEO
Əməkdar artist Elza Seyidcahan ARB-nin "Səhər-səhər” verilişində qonaq olarkən gənc həmkarı Damla ilə bağlı söylədiyi təhqiramiz fikirlərə aydınlıq gətirib.
Sənətçi bu fikirlərində haqlı olduğunu sübuta yetirməyə çalışıb: "Bəstəkarlar İttifaqının üzvüyəm, musiqidən başım çıxır. Bəstəkaram və tənqidi fkirlər söyləməyə haqqım çatır. Həmin verilişdə o xanım deyil, bu cür oxuyan başqa müğənni də olsaydı, şəklini cırıb atacaqdım. Xahiş edirəm, o müğənninin adını çəkməyin. Bəli, mənim evimdə əşyalarım belə o mahnılara qulaq asa bilməz. Mən demişəm ki, itim-pişiyim o mahnıları dinləmir, it-pişik də canlı heyvandır”. Sənətçi anasının ona efirlərə getməyə qadağa qoyduğunu da bildirib: "Mən bu verilişə də gəlməyəcəkdim, çünki anam mənə efirə çıxmağa qadağa qoyub.
Düz edir, çünki məni çağırıb hansısa müğənni barəsində sual verirlər, səhəri gün həmin müğənnini otuzdurub verilişlərində tərifləyirlər”.