Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Mərkəzi Elmi Kitabxanada görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş sərgi açılıb - FOTOLAR - VİDEO

5-06-2018, 17:40 Baxış: 670
Mərkəzi Elmi Kitabxanada görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş sərgi açılıb - FOTOLAR - VİDEO AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibəti ilə sərgi açılıb. SərgiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mikayıl Müşfiqin110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil edilib.

Sərgidə şairin kitabxana fondlarında mühafizə olunan, seçilmiş əsərləri - "Duyğu yarpaqları”, "Qaya” (şeirlər və poemalar), "Əbədiyyət nəğməsi”, həmçinin şairin xatirəsinə həsr olunmuş "Mikayıl Müşfiq”, Müşfiqin duyğu yarpaqları”, Müşfiqli günlərim”, "Müşfiq incəlikləri”, "Üç budaq”, Müşfiq və folklor” kimi kitablar nümayiş olunur.

Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar MEK-in elektron kataloqunda qeyd olunaraq Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi iyun ayının 11-dək davam edəcək.