Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Xalq artisti, tanınmış aktrisa Fatma Mahmudova ölümdən dönüb.

13-06-2018, 13:10 Baxış: 479
Xalq artisti, tanınmış aktrisa Fatma Mahmudova ölümdən dönüb.
Xalq artisti, tanınmış aktrisa Fatma Mahmudova ölümdən dönüb.
Aktrisa ağır qəza keçirib, onu maşın vurub. F.Mahmudova bu barədə ARB-nin "Səhər-səhər” verilişində qonaq olarkən deyib: "Çox ağır qəzada ölümdən döndüm. Allah mənə kömək oldu”. Verilişin aparıcısı Elgiz də aktrisanın qəzadan sonrakı görkəmi barədə danışıb: "10 gün əvvəl bir məclisdəydim. Fatma xanım gəldi, ay Allah nə gündəydi, dəli oldum. Dedim bu qadına nə olub görəsən? Ağır qəza keçirmişdi, sürünə-sürünə də olsa, məclisə gəldi. Nə olmuşdu, maşın vurmuşdu sizi”. Aktrisa bu barədə danışmaq istəmədiyini bildirib: "Danışmaq istəmirəm, guya danışanda nə olacaq ki? Əsas Allahdır. Yetimə gəl-gəl deyən çox olar, çörək verən az. Bu yaxınlarda ağır əməliyyat olundum, başıma bu iş gəldi. Mən belə şeylərlə reklam olunmaq istəmirəm”.