Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

RUSİYADA SƏRNİŞİN TƏYYARƏSİ YANIB, ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO

1-09-2018, 08:23 Baxış: 203
RUSİYADA SƏRNİŞİN TƏYYARƏSİ YANIB, ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO
Rusiyanın Soçi şəhərinin aeroportunda baş vermiş hadisə zamanı 18 nəfər xəsarət alıb.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, xəsarət alanlar arasında 3 uşaq da var. Hazırda hava limanında həkimlər və psixoloqlar briqadası işləyir. TASS agentliyi isə hadisə zamanı aeroportun 1 əməkdaşının ürək tutmasından öldüyünü xəbər verib. Məlumatda bildirilir ki, o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, Moskvadan Soçiyə uçan "Boeing 737" sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb.
Alovun söndürülməsinə 5 yanğınsöndürmə texnikası cəlb edilib və saat 03:25-də yanğın lokallaşdırılıb. Bir saat sonra isə alov söndürülüb.
Hadisə zamanı təyyarənin ön hissəsi də zərər çəkib.