Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

"TERMİNATOR-3" FİLMİNİN AKTYORU KRİSTOFER LOUFORD VƏFAT EDİB - VIDEO

6-09-2018, 09:11 Baxış: 376
"TERMİNATOR-3" FİLMİNİN AKTYORU KRİSTOFER LOUFORD VƏFAT EDİB -  VIDEO
Amerikalı aktyor, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu Kristofer Louford vəfat edib.
Bu barədə TMZ xəbər verir.
Xəbərdə bildirilir ki, o, 63 yaşında dünyasını dəyişib. Artistin cəsədi yoqa studiyasında aşkarlanıb. Məlumata görə, o, təbii səbəbdən ölüb. K.Louford bir sıra film və seriallardakı roluna görə məşhurlaşıb. O, "Terminator-3: Maşınların üsyanı", "Cəsur oğlanlar", "Larri Kinqlə canlı efirdə", "Mənim bütün uşaqlarım", "Ümumi profilli xəstəxana" və digər ekran əsərlərində rol alıb. Bundan əlavə, Louford EXTRA nəşrinin jurnalistləri ilə birlikə çalışıb və kitab yazıb.
Onlardan biri bestsellerə çevrilib.