Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

“AZERSPACE-2” PEYKİ KURU KOSMODROMUNDAN ORBİTƏ BURAXILIB - VİDEO

“AZERSPACE-2” PEYKİ KURU KOSMODROMUNDAN ORBİTƏ BURAXILIB - VİDEO
Azərbaycanın "Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
RİA "Novosti" xəbər verir ki, "Azerspace-2” peyki orbitə "Arianespace” şirkətinə məxsus "Ariane-5″ ağır daşıyıcı raketi ilə göndərilib. Buraxılış çərşənbə günü Bakı vaxtı ilə gecə saat 02:29-da start götürüb. Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. "Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək. Bu, "Ariane-5" raket daşıyıcısı üçün yubiley - sayca 100-cü buraxılış olub. Onun göyərtəsində iki əcnəbi telekommunikasiya peyki – "Azerspace-2" və "Horizons 3e" var. Birinci aparat məlum olduğu kimi Azərbaycana, ikinci isə Yaponiyaya məxsusdur. "Azerspace-2” Azərbaycanın orbitə çıxarılan üçüncü peykidir. Peyk "Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300” peyk platforması əsasında istehsal olunub. "Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – "Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.