Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Qərb azarkeşi Konoru niyə sevir? – Video

8-10-2018, 21:59 Baxış: 168
 Qərb azarkeşi Konoru niyə sevir? – Video

Dünən qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor üz-üzə gəldi. Bu qarşılaşmada Həbib Konoru 4-cü raundda boğucu fəndlə məğlub edərək dünya çempionu titulunu qorudu.

Görüşdən əvvəl hər iki idmançı Konor və Həbib bir-birinə qarşı olduqca sərt ifadələr işlədirdi. Konorun rəqibinə qarşı emosional çıxışları isə daha çox nəzərə çarpırdı. Amma buna baxmayaraq, Makqreqor Qərb azarkeşlərinin ən sevdiyi idmançılardan hesab olunur. Onun həyatında baş verən bir neçə məqam idmançının sevilməsinə səbəb olub:

"İrland çempion dünyadakı bütün sadə işçilərin ruhuna yaxın bir obrazdır. O, artıq Dublin yaxınlığında öz perspektivindən xəbərsiz şəkildə sevgilisinin hesabına yaşayan gənc oğlan deyil. Doğulduğu bölgədə onun gələcəyini təmin etmək üçün çox seçim imkanı olmayıb: ya futbolçu, ya döyüşçü, ya da gecələr işdən sonra dostları ilə birlikdə içən zavod fəhləsi olmalı idi. Konor istənilən halda içməyi sevirdi. Günlərin birində Konor elə bir idman formasına sahib olur ki, onu döymək faktiki olaraq imkansıza çevrilir. Möhtəşəm zərbə texnikası onu mütəmadi olaraq bacarıqlarını inkişaf etdirən döyüş maşınına çevirir. Mübarizəni sevən irland rəqiblərini mümkün qədər tez məğlub etməyə çalışır. Lakin onun içki və digər əyləncələrə olan marağı karyerasında yüksəlişə mane olur. Bu vəziyyət qarşısında məşqçisi ona professional döyüşün çətinliyini göstərmək üçün üçüncü döyüşündə rəqib kimi döyüş sambosu üzrə dəfələrlə Avropa çempionu olmuş rəqib seçir. Uğurlarının təsadüfi olmadığını göstərmək üçün Konor həmin döyüşə bütün yaxınlarını dəvət edir. Nəticə isə məyusluq və göz yaşı olur. Məşqçisindən üzr istəyən Konor yenidən məşqlərə qayıdır. İrland xalqı yaxşı bilir ki, onların həmvətəni həmçinin gecə klublarında da içirdi, ancaq bunun müqabilində o, qəhrəmancasına hərəkət edərək öz karyerasını xilas etməyə nail oldu. Karyerasını isə sakit ruhla içə bilmək üçün xilas etdi.

Konor hansısa bir iş yerinin tualetini təmizləməyəcəyinə və ya fəhlə olmayacağına qərar vermişdi. Onun döyüşçü olmaq seçimi ailəsini çətin vəziyyətdə qoyurdu. Ailə oğlunun düzgün qidalanması üçün bütün imkanlarından istifadə etdiyi halda Konor bəzi sahələrdə çalışmaqdan utanırdı. Ona bu sahədə ən böyük dəstəyi isə sevgilisi verirdi. Onunla gecə klublarından birində tanış olmuşdu. Konor sevərək evlənmişdi və özünün ən çox inandığı anlayışlardan birini nümayiş etdirmişdi: "Yaxşı oğlana, yaxşı qız gərəkdir”.

"O mənim sadəcə xoşuma gəldi və yaxından tanış olmaq qərarına gəldim. Bizim ilk görüşümüz zamanı çox gözəl görünürdü. Mənim yaxşı qızlardan xoşum gəlir. O mənim yanımda idi və ən çətin vəziyyətlərdə dəstək oldu. Buna görə də həyatda nail olduğum hər şeyə görə ona borcluyam. Biz kirayə mənzildə yaşayırdıq. Mənim işim yox idi, çünki bütün vaxtımı zallarda keçirirdim. Çempion olacağıma inanırdım və o da həmişə buna inanırdı. Mənə də inanırdı. Pulun çatmamasına baxmayaraq o mənim düzgün qidalanmağıma, günlük rejimimə nəzarət edirdi. Bunun üçün bütün həyatını həsr etmişdi. Məşqlərdən yorğun gəldiyim zamanlarda o mənə belə deyirdi "Konor mən bilirəm ki, sən hər şeyi bacaracaqsan”. İndi isə mən milyonlar qazanıram, istənilən evi, maşını və geyimi ala bilərəm. O, bütün bunlara və daha artığına layiqdir. O, indi də həmişə yanımdadır və hər şeyi bacaracağımı deyir”, - Konor həyatı barədə belə danışır.

Həqiqətən də hazırda Konor hər şeyə sahibdir və öz prinsiplərinə sadiq olaraq qalır. O, ilk böyük qazancını ailəsi və sevdiyi qadının həyat şəraitini yaxşılaşdırmağa sərf edib. Məşqçisinə zal yaradıb və ona bütün çətin vəziyyətlərdə yardım edir. Komandasına kifayət qədər yaxşı məvacib verən Konor indi dünyada kiminlə qarşılaşmaq istədiyinə yalnız özü qərar verir.

O, istədiyi kimi qərar qəbul edir və həmişə arzuladığı kimi heç kimdən asılı olmadan yaşayır. Konor həyat yoldaşının doğum sancıları başlayanda UFC rəhbərliyinə zəng edir və bundan sonra telefonunu söndürəcəyini deyir. O, körpə qızının dünyaya gəlməsindən sonra rinqi tərk etməsini də istisna etmir. Lakin daha çox qazanmaq üçün Mayvezerlə döyüşə çıxır.

Konor Makqreqorun yəqinki dünyada yeganə olaraq ailəsi ilə bəxti gətirib və bu da onu bizlərdən hər hansı birinə çevirən əsas məqamdır. O, bizim hər birimiz kimi əziyyətlərə tab gətirib və məqsədinə nail olmaq üçün yorulmadan çalışıb”.