Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

SON XƏBƏR!!! Dünyanı heyrətə gətirən Həbib Nurmaqomedov BAKIDA

9-10-2018, 07:44 Baxış: 302
SON XƏBƏR!!! Dünyanı heyrətə gətirən Həbib Nurmaqomedov BAKIDA
ABŞ-ın Las-Veqas şəhərində UFC üzrə keçirilən qaydasız döyüş çempionatında irlandiyalı boksçu Konor Makqreqora qalib gələn dağıstanlı samboçu Həbib Nurməhəmmədov bu ilin iyununda Bakıda olub.
Bu, mütləq çempion titulunun sahibinin paytaxtımıza ikinci səfəri idi. Səfər Gənclər və İdman Nazirliyinin Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Pankration, Grappling və MMA Federasiyasının dəvəti və dəstəyi ilə həyata keçirilib. H.Nurməhəmmədov səfər zamanı televiziyalara açıqlamasında Bakı haqqında təəssüratını bölüşərək paytaxtımızda olmaqdan məmnunluq ifadə edib.
O, eyni zamanda qarşıdakı görüş haqqında da fikirlərini bölüşüb: "İkinci dəfədir Bakıda səfərdəyəm. Şəhəriniz çox xoşuma gəlir. Yeri gəlmişkən bildirim ki, sizin çox güclü idmançılarınız var və onların çoxu ilə yaxından tanışam. Ümid edirəm ki, sizin idmançılar da gələcəkdə belə turnirlərdə böyük uğurlar əldə edəcəklər. Öz döyüşümə gəldikdə isə (Konor Makqreqorla keçirəcəyi döyüşü nəzərdə tutur-müəll.) inanıram ki, sizin azarkeşlər bu mübarizədə məni dəstəkləyəcəklər. Mən bu döyüş üçün tam formadayam”. Qeyd edək ki, səfər zamanı H.Nurməhəmmədov Bakı İdman Sarayında respublika idman ictimaiyyəti, idmançılar və öz azarkeşləri ilə görüşüb. Sözügedən videonu təqdim edirik.