Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

SALAH KÜNC ZƏRBƏSİNDƏN RƏQİB QAPISINA QOL VURUB - VİDEO

13-10-2018, 08:59 Baxış: 229
SALAH KÜNC ZƏRBƏSİNDƏN RƏQİB QAPISINA QOL VURUB - VİDEO
"Liverpul"un və Misir yığmasının futbolçusu Məhəmməd Salah növbəti dəfə qeyri-adi bacarığı ilə futbol azarkeşlərinin diqqətini cəlb edib.
Futbolçu Misir yığmasının Svazilend komandasına qarşı oyununda özünün daha bir məharəti ilə seçilib. Belə ki, matçın 45-ci dəqiqəsində hücumçu künc zərbəsindən topu rəqib komandanın qapısından keçirib. Qarşılaşma Misir yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Məhəmməd Salahın adı "Qızıl top"a namizəd olan futbolçuların siyahısındadır.