Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

“Səni deyirlər”in ifaçısı: “Mahnının indiki sözləri mənə aiddir” - VİDEO

17-10-2018, 09:48 Baxış: 295
“Səni deyirlər”in ifaçısı: “Mahnının indiki sözləri mənə aiddir”  - VİDEO
Bakıda səfərdə olan "Səni deyirlər” mahnısının ifaçısı İbrahim Əlizadənin "Report"a müsahibəsini təqdim edirik:
- İlk dəfədir Bakıdayam.
Qonaq olaraq gəlmişəm. Dostum Məhəmməd Çalğının kitab təqdimatı üçün qonağam.
- Bakıda necə qarşılandınız?
- Yaxşı qarşılandım. Bir qardaşıq.
- Oxuduğunuz "Səni deyirlər" mahnısı Azərbaycanda olduqca məşhur oldu. Bunu gözləyirdinizmi?
- Hər bir mahnı populyar ola bilər. Mənim də bəxtim gətirdi. Əlbəttə ki, bu mahnının məşhur olmağı bizi sevindirdi. İranda səslənmiş türk mahnılarımızdan biridir.
Bu mahnı 40 il bundan qabaq yazılmış bir mahnıdır.
Mahnı, sadəcə, toylarda səslənirdi.
Düzdür, mahnının sözləri qədim şairlərimizə aiddir, ancaq indi səslənən sözlər mənə aiddir.
- Bakını gəzməyə imkan tapmısınızmı?
- Gəzməyə hələ ki vaxtımız olmayıb, gəzib görəcəyik.