Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Qaşıqçı ölümündən öncə nələr edib? - VİDEO

22-10-2018, 16:08 Baxış: 88
Qaşıqçı ölümündən öncə nələr edib? - VİDEO
Camal Qaşıqçının öldürülməzdən əvvəl son görüntüləri yayılıb. Saatbasaat çəkilən görüntülər Qaşıqçının Səudiyyə Ərəbistanının sifarişi ilə öldürülməsinə daha bir sübutdur.
 Türkiyə mediası xəbər verir ki, Camal Qaşıqçının nişanlısı Xədicə Çingizlə İstanbulda getdiyi son ünvanlar və dəqiq saatlar yayımlanıb.Qaşıqçı ölümündən öncə nələr edib? - VİDEO Camal Qaşıqçının 28 sentyabr - 1 oktyabr tarixləri arasında nələr etdiyi və 2 oktyabr səhəri harada kimlərlə görüşdüyünə dair görüntülər ilk dəfə olaraq yayımlanıb. Qaşıqçı Londondan İstanbula 28 sentyabrda yerli vaxtla 04.07-də gəlib. Gələrkən əysubay olduğuna dair sənədləri rəsmiləşdirmək üçün Fatih Nikah İdarəsinə gedib. Onlar mehribanca əl-ələ tutaraq içəri daxil olublar. Zəruri işləri bitirdikdən sonra Qaşıqçı nişanlısı ilə saat 09.28-də evlənmə idarəsindən çıxıb, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib. Saat 09.32-də o, taksiyə minib, taksidə telefonunu nişanlısına verəndən bir neçə dəqiqə sonra Baş Konsulluğa daxil olub. Qaşıqçı 1-1.5 saat sonra xoşbəxt halda Konsulluqdan çölə çıxıb. Boşanmaya dair sənədlər hazır olanda ona xəbər ediləcəyi bildirilib. Londonda keçiriləcək konfrans üçün həmin axşam təyyarəyə minən Qaşıqçı öldürüldüyü gün – 2 oktyabrda səhərə yaxın İstanbula geri dönüb. O, səhər saat 04.06.55-də pasport nəzarətindən keçib. Atatürk Hava Limanında bunlar yaşanıb: Qaşıqçı ölümündən öncə nələr edib? - VİDEO 04.08.39-da çamadanı əlində gömrüyün çıxış qapısına doğru irəliləyib. 04.09.04-da gömrüyün çıxış qapısından keçib. 04.11.57-də sarı taksiyə minərək evinə doğru gedib. 04.56-da isə nişanlısı Xədicə Çingiz əlində bağlamalarla Qaşıqçının Topqapı ətrafındakı evinə gəlib, oradan da Baş Konsulluğa doğru yola düşüblər. Qatillər isə İstanbula tam 23 dəqiqə sonra gəliblər. Qaşıqçı ölümündən öncə nələr edib? - VİDEO Sabah nəşrinin yazdığına görə, Camal Qaşıqçı cinayətinin daha kritik görüntüləri yayılıb. Qaşıqçını öldürmək üçün Səudiyyə Ərəbistanından göndərilən Mahər Abdulaziz Mutreb başda olmaqla bir dəstə qatil İstanbul Atatürk Hava Limanı VIP salonundan giriş ediblər. Görüntülərə əsasən qətl günündə Qaşıqçı ilə qatilləri eyni dəqiqələrdə Atatürk Hava Limanında olublar. Qaşıqçı 2 oktyabr tarixində Atatürk Hava Limanından saat 04.07-də, Mutreb və dəstəsi isə 04.29-da çıxış edib. Maraqlı məqam sonra başlayır. Belə ki, Qaşıqçının qatilləri 2 oktyabr tarixində saat 09.55-də Səudiyyə Ərəbistanın Konsulluğuna daxil olublar. Həmin saatlarda isə Qaşıqçının nişanlısı ilə səhər yeməyi yediyi bildirilib. Saat 13.00-da Konsulluqdan Qaşıqçıya zəng gəlib, "sənədləriniz hazırdır, gəlib götürə bilərsiniz” deyilərək o, Konsulluğa çağrılıb. Bu zəngdən sonra Konsulluğa yollanan Qaşıçı hər iki telefonunu nişanlısının yanında qoyub və saat 13.14-də binaya daxil olub. Baş Konsulluğa daxil olandan sonra onunla bağlı məlumat almaq mümkün olmayıb. Qaşıqçı ölümündən öncə nələr edib? - VİDEO Qaşıqçının cəsədi harda və ya kimdədir? Qaşıqçı ölümündən öncə nələr edib? - VİDEO Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Səid İbni Cübeyr Camal Qaşıqçının necə öldürüldüyünü və cəsədinin harada olduğunu bilmədiklərini açıqlayıb. Onun ölümünün dəhşətli bir səhv olduğu və vəliəhd şahzadə Salmanın hadisədən bixəbər olduğu bildirlib: "Araşdırma nəticəsində Qaşıqçının Konsulluqda öldürüldüyü ortaya çıxdı, lakin onun cəsədinin harada olduğuna dair bir məlumatımız yoxdur”. Bütün bunların fonunda Ərəb ölkələri Səudiyyə Ərəbistanı rəhbərliyinə inamlarının tam olduğunu açıqlayıb. Qərbdən isə Ərəb dünyasına kəskin reaksiyalar davam etməkdədir. Almaniya Kansleri Angela Merkel məsələ ilə bağlı açıqlamalarının birində Səudiyyə Ərəbistanına silah satışını dayandıracaqlarını bildirərək, hadisəyə beynəlxalq reaksiya göstərilməsi üçün danışıqları davam etdirmək lazım olduğun bəyan edib.