Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

İranda güclü zəlzələ - Xəsarət alanların sayı 634-ə çatdı - VİDEO

26-11-2018, 10:50 Baxış: 338
İranda güclü zəlzələ - Xəsarət alanların sayı 634-ə çatdı - VİDEO
İranda baş verən zəlzələdə yaralıların sayı 634-ə çatıb.
Zəlzələdə ölüm faktı qeydə alınmayıb. Bunu İranın Kirmanşah vilayətinin valisi Huşəng Bazubənd deyib. Onun sözlərinə görə, yaralıların vəziyyəti yaxşıdır. Vali əlavə edib ki, baş verən zəlzələdə su, elektrik və qaz kəsilməyib.
***
İranda baş verən zəlzələdə xəsarət alanların sayı 550 nəfərədək artıb.
Bu barədə yerli "Press TV" məlumat yayıb. Daha əvvəl təbii hadisə zamanı 513 nəfərin xəsarət aldığı bildirilirdi. Kermanşahda zəlzələdən sonra 20-dən çox yeraltı təkan qeydə alınıb.
Zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib.