Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Bərdədə kütləvi dava baş verib, 4 nəfər bıçaqlanıb - FOTO - VİDEO

27-11-2018, 22:05 Baxış: 85
Bərdədə kütləvi dava baş verib, 4 nəfər bıçaqlanıb - FOTO - VİDEO
Bərdə rayonunda kütləvi dava baş verib.
Hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə qeydə alınıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Bərdə rayon Qaradəmirçi kənd sakinləri - Nurlan, Sərxan və Orxan Əlikram oğlu Ramazanov qardaşları və onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların ikisi Reanimasiya, digər ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Araşdırma aparılır.