Bakı C Temperatur

80

3m/s

  • USD1.7000
  • EUR1.9270
  • RUB0.0259
  • NEFT$68.49
^
XƏBƏR LENTİ

Bakıda evin pəncərəsində qeyri-adi rəsm - Video

5-03-2019, 08:12 Baxış: 24
Bakıda evin pəncərəsində qeyri-adi rəsm - VideoPaytaxt sakini evinin pəncərəsinə maraqlı bir rəsm çəkib.
Rəsmə baxanlar orada təsvir edilənlərin sanki həqiqət olduğunu düşünürlər.
Pəncərənin önündə dibçəkdə gül, kənarda isə kitab oxuyan bir xanım rəsmi çəkilib. Paytaxt sakini rəsmi evinin pəncərəsini daşla hörərək, suvaq vurulmuş hissəyə çəkib. Kult.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, sözügedən rəsm paytaxtın Səbail rayonu Məmməd Əfəndiyev küçəsi, Mirzə Fətəli Axundov bağının yaxınlığında yerləşən yaşayış binasındadır. Rəsm elə çəkilib ki, sanki dibçəkdə bitən bitki pəncərəni öz ağuşuna alıb.
İnsanların sıx olduğu ərazidə yerləşən bu binanın pəncərəsinə çəkilən rəsm oradan keçənlərin marağına səbəb olur.
Onlar bu rəsmdə təsvir olunan kitab oxuyan qızın mütaliəyə marağı artıracağını düşünürlər.
Qeyd edək ki, son vaxtlar şəhərin müxtəlif yerlərində də divarlarda bu cür rəsmlərə tez-tez rast gəlinir.