Bakı C Temperatur

80

3m/s

  • USD1.7000
  • EUR1.9270
  • RUB0.0259
  • NEFT$68.49
^
XƏBƏR LENTİ

Bakıya təcili eniş edən rus təyyarəsi ilə bağlı açıqlama - Video

11-03-2019, 20:51 Baxış: 13
Bakıya təcili eniş edən rus təyyarəsi ilə bağlı açıqlama - VideoU61116 reysi ilə Bəhreyndən Moskvaya uçan Ural Hava Yollarına məxsus təyyarə Bakıya məcburi eniş edib.
Bu barədə "Ura.nyus” saytı informasiya yayıb. Bakıya planlaşdırılmamış eniş barədə informasiya "Flightradar24.com” tərəfindən də təsdiqlənib. Burada təyyarənin Bəhreyndən qalxdıqdan sonra İran üzərindən keçdiyi, Xəzər dənizi yaxınlığında alçalmağa başladığı, iki dəfə kiçik dairə vurduğu və Bakıya eniş etdiyi göstərilib. Heydər Əliyev Beynəlxalq Aeroportu da məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, Bəhreyn şəhərindən Moskva şəhərinə uçan Ural Hava Yolları şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.
"Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi ilə bağlıdır. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub. HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib", - deyə məlumatda bildirilib.
*** Azərbaycanın Səhiyyə Nazirliyinə Ural Hava Yolları şirkətinə məxsus təyyarənin Bakıya məcburi eniş etməsi ilə bağlı heç bir müraciət daxil olmayıb. Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Səfayə Əhmədova deyib. "Hələ ki, bununla bağlı bizə heç bir məlumat daxil olmayıb”, - Əhmədova bildirib.
***
Bu gün Bakıda təcili eniş edən Rusiyanın "Ural Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi sabah Moskvaya yola düşəcək.