Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Assancın səfirlikdəki həyatı - Video

15-04-2019, 08:21 Baxış: 12
Assancın səfirlikdəki həyatı - Video
İspaniyanın "El Pais” qəzeti Ekvador səfirliyinin divarları arasında skeyt sürən "Vikiliks”in yaradıcısı Culian Assanjın videogörüntülərini yayıb.
Görüntülər Ekvadorun Londondakı səfirliyində lentə alıb. Julian Assanj burda sığınacaq aldıqdan sonra 7 il yaşamışdı. Səfirlikdə çalışan əməkdaşlar qəzetə bildiriblər ki, jurnalist özünün eksentrik davranışı ilə hər kəsi bezdirib. "O duş aldıqdan və tualetə getdikdən sonra təmziliyə riayət etmir, tez- tez səfirlik əməkdaşları və mühafizəçilərlə dava edirdi. Assanj səfirlik binasının dəhlizlərində skeybord sürərək və ya top qovalayaraq vaxt keçirirdi”, - deyə səfirlikdən bildirilib. Xatırladaq ki, aprelin 11-də Ekvador səfirliyi uzun illər diplomatik nümayəndəliyə sığınmış Assancı London hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verib. Onun həbsinə əsas 2012-ci ildə girov müqabilində azad olunma ilə bağlı şərtləri pozması olub.