Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Saatlıda yeni texnologiya ilə pomidor əkilir - VİDEO

17-04-2019, 07:41 Baxış: 37
Saatlıda yeni texnologiya ilə pomidor əkilir - VİDEOSaatlı rayonunda yüksək məhsul əldə etmək üçün yeni texnologiyalara əsaslanan qaydada tərəvəz əkininə başlanılıb.
Hazırda rayonun Qaralar kəndində 7 hektar sahədə pomidor şitilinin əkini gerçəkləşdirilir. Xüsusi şəraitdə yetişdirilən pomidor şitilləri açıq sahəyə köçürülür. Sahibkar Ələsgər Əhmədov bildirib ki, yüksək məhsul əldə etmək üçün öncə torpaq növünə görə sahə seçilib. Onun sözlərinə görə, daha sonra şum işləri aparılıb və aqrotexniki qaydalara əməl olunub: "Bundan başqa, sahədə damla üsulu ilə suvarma sistemi quraşdırılıb. Daha sonra mövsümə uyğun olaraq kələm, bibər və pomidor əkilib". Sahibkar əlavə edib ki, güzəştli kreditlər, ən əsası, bank girovu olmadan kreditlər verilərsə, bu sahəni daha da genişləndirmək mümkündür: "Bunun nəticəsində sahədə işçi qüvvəsini artırmaq, həmçinin məhsul bolluğu yaratmaq daha asan olar. Açıq şəkildə əkilən şitillərlə yanaşı, örtükaltı əkin də həyata keçirilib.
Sınaq üçün həmin örtüklərdə bir neçə növdən olan tərəvəz yetişdirilir. Bu isə gələcəkdə tərəvəzlərin daha tez əkilməsini həyata keçirmək və məhsulu satışa daha erkən çıxarmağa şərait yaradır".