Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Bu rayonlarımıza qar yağdı, yollar buz bağladı - Video

20-04-2019, 09:00 Baxış: 26
Bu rayonlarımıza qar yağdı, yollar buz bağladı - VideoÖlkəmizin bəzi regionlarına yağan qar aprelin 19-u axşam saatlarından başlayaraq Daşkəsən rayonunda da müşayiət olunub.
Dağlıq ərazidə qarın hündürlüyü 20-25 sm, rayon mərkəzində isə 10-15 sm olub. Nəqliyyatın hərəkətində heç bir problem yaranmayıb. Hazırda qarlı hava davam edir. Həmçinin Lerik və Yardımlıya da qar yağıb. Bu barədə Azərtac-a Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib.
O bildirib ki, ucqar dağlıq ərazilərdə qarın hündürlüyü 10-15, rayon mərkəzində isə 3-5 santimetr təşkil edir. Yardımlı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun ucqar yaşayış məntəqələrində qarın hündürlüyü 15, şəhərdə isə 2-3 santimerdir.
Qeyd edək ki, ötən gecə Quba və Talış dağlarının ərazisində yerləşən Astara və Lənkəran rayonlarının bəzi kəndlərinə də qar yağıb. Report-un məlumatına görə, Lerikin yuxarı ərazilərinə yağan qar fəsadlar yaradıb.
Rayonunun ucqar ərazilərində enerji verilişində problemlər yaranıb.
Orand kəndində də iki gündür ki, işıqlar yanmır. Elektrik təsərrüfatı işçilərinə kənd camaatı da köməklik göstərərək yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görür.
Kənd sakinlərinin bildirdiyinə görə ərazidə qarın hündürlüyü 15-20 sm təşkil edir.
Çiçəkləyən meyvə ağaclarını don vurub, təsərrüfatlara ziyan dəyib. Nuravud, Pirəsora kəndlərində, xüsusilə də Kömürgöy ərazisində qar daha çox yağıb.
Şaxtalı hava səbəbindən yollar buz bağlayıb.