Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Bakıda ticarət mərkəzinin binasında yanğın zamanı xəsarət alanların sayı artıb

18-05-2019, 22:58 Baxış: 70
Bakıda ticarət mərkəzinin binasında yanğın zamanı xəsarət alanların sayı artıb
Bakının Xəzər rayonunun Zagulba qəsəbəsindəki "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində, tekstil şöbəsində baş vermiş yanğın zamanı xəsarət alanların sayı artıb.
Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da (iki nəfər- red) xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Binada olan insanlar təxliyə edilib.
Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.