Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Məşhur "Terminator" filminin yeni bölümü çəkilir - VİDEO

24-05-2019, 09:15 Baxış: 50
Məşhur "Terminator" filminin yeni bölümü çəkilir - VİDEO"Paramount Pictures" şirkəti özünün "YouTube"dakı hesabında robotların macəraları haqqında yeni - "Terminator: Qaranlıq talelər" filminin görüntülərini yerləşdirib.
Videoçarxın kadrlarında Amerika aktrisası, "Sara Konnor" rolu ilə məşhur olan Linda Hemiltonu, həmçinin 1984-cü ildən "Terminator" rolunu oynayan Arnold Şvarseneqqeri görmək olar.
Filmin premyerası 2019-cu ilin payızında keçiriləcək.
Yeni ekran əsərinin rejissoru Tim Millerdir. Prodüserlər Ceyms Kemeron və Devid Ellisondur. Bundan başqa, "Instagram"dakı lent səhifəsində yeni "Terminator" posteri yayılıb.
Daha əvvəl bildirilib ki, "Terminator" və "Gremlin" filmlərindəki rolları ilə tanınan aktyor Dik Miller vəfat edib.