Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

Olqa Buzova "Jara"nın səhnəsində yıxıldı

26-07-2019, 16:06 Baxış: 4 099
Olqa Buzova "Jara"nın səhnəsində yıxıldı
Rusiyalı ulduz Olqa Buzova Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalında çıxışı zamanı səhnədə çətin anlar yaşayıb.
Müğənninin təqdim etdiyi "Voditsa" mahnısı üçün hazırlanmış şouya uyğun olaraq səhnəyə çoxlu su tökülüb.
Su səhnəni sürüşkən etdiyindən Buzova rəqs edərkən ayağı sürüşüb və yıxılıb. Müğənninin dizi qanayıb.
O.Buzova yaralanmış dizinin fotosunu İnstagram səhifəsində paylaşaraq bunları yazıb:
"Çıxışım zamanı hər şeydən çox sürüşəcəyimdən qorxurdum və bu gün məhz bu hadisə başıma gəldi.
Ümid edirəm izləyicilərin çoxu bu ağrılı hadisəni görməyib".