Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Rus şansonunun məşhur ifaçısı vəfat edib - VIDEO

5-08-2019, 13:24 Baxış: 234
Rus şansonunun məşhur ifaçısı vəfat edib - VIDEO
Rus şansonunun məşhur ifaçısı və bəstəkar Villi Tokarev vəfat edib.
İnterfaks agentliyi xəbər verir ki, bu məlumatı mərhumun oğlu Anton Tokarev yayıb. Musiqi karyerasına Sovet İttifaqı dövründə başlayan Villi Tokarev Rimsk-Korsakov adına Leninqrad Konservatoriyasının kontrabas ifası sinfini bitirib, uzun müddət caz və estrada kollektivlərində çalışıb.
Sonralar o, öz mahnılarını ifa etməyə başlayıb.
1974-cü ildə ABŞ-a mühacirət edən müğənni-bəstəkar orada taksi sürücüsü və poçtalyon işləyib.
Yaradıcılığını davam etdirən Villi Tokarev məhz orada "rus şansonu” janrında mahnılar bəstələyib və disklər buraxıb.
O, 1990-cı illərdə yenidən Moskvaya qayıdıb, Rusiya paytaxtında musiqi və konsert fəaliyyətini davam etdirib.