Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Türkiyə “Hisar-A” zenit kompleksini sınaqdan keçirdi, Azərbaycana satmaq istəyir

16-10-2019, 16:28 Baxış: 110
Türkiyə “Hisar-A” zenit kompleksini sınaqdan keçirdi, Azərbaycana satmaq istəyir
Türkiyənin hərbi sənaye müəssisələri yüksək dəqiqlikli, yaxın və orta mənzilli zenit-raket kompleksinin sınaqlarını uğurla tamamlayıb.
 "Hisar-A” adlı kompleksinin döyüş növbəsinə hazır olduğunu Müdafiə Nazirliyinin satınalmalar idarəsi təsdiqləyib. Müdafiə Nazirliyinin nümayəndəsi İsmayıl Demir komplekslərin seriya istehsalının başlayacağını açıqlayıb. "Hisar-A” kompleksləri Türkiyə ordusunun silahlanmasına daxil ediləndən sonra onun ixracı da nəzərdə tutulur. "Potensial ixrac bazarları dost ölkələrdir. Potensial müştərilər olaraq Azərbaycan, Qətər, Pakistan və Mərkəzi Asiyanın bəzi respublikaları nəzərdən keçirilir”,-İsmayıl Demir bildirib. Gözlənilir ki, "Hisar-A” komplekslərinin ixracı 2021-ci ildə başlayacaq. Kompleksi "Aselsan” və "Roketsan” birgə istehsal edir.
"Aselsan” baş podratçı qismində kompleksin bütün radiolokasiya, komanda-nəzarət və kommunikasiya sistemlərini işləyib hazırlayıb. "Roketsan” isə subpodratçı qismində kompleksi raketlərlə təchiz edib. İstehsalçılar bildirir ki, "Hisar-A” bütün növ hava hədəflərini raketlərin şaquli buraxılışı sayəsində məhv edə bilər. Kompleks mühüm obyektlərin, hərbi bazaların, aeroportların, dəniz limanlarının hava hücumundan müdafiəsi, habelə yürüş zamanı qoşun bölmələrinin qorunması üçün nəzərdə tutulur. Kompleks 2007-ci ildən bəri işələnib hazırlanırdı. "Hisar-A” Rusiyanın istehsal etdiyi "Tor” zenit-raket komplekslərinin analoqudur. Tırtıllı şassi üzərində yerləşir və yaxın radiuslu 4 raketlə təchiz edilib. Minimal məsafəsi 2, maksimal məsafəsi 15 kilometrdir.