Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı

22-10-2019, 15:30 Baxış: 15
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
İki ölkənin Suriya siyasətini və Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə yürütdüyü "Sülh çeşməsi” əməliyyatı ilə bağlı detalları özündə ehtiva edən Türkiyə-Rusiya razılaşmanın maddələri açıqlanıb.
Həmin maddələri təqdim edirik:
1. Hər iki tərəf Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün mühafizəsinə və Türkiyənin milli təhlükəsizliyin qorunmasına sadiq olduğunu açıqlayır.
 
2. Terrorizmin bütün forma və təzahürləri ilə mübarizə və Suriyadakı separatçı fəaliyyətin zərərsizləşdirilməsi yönündə qətiyyət ifadə olunur.
 
3. Bu çərçivədə Ras əl-Eyn və Tel-Abyad da daxil olmaqla, "Sülh çeşməsi” əməliyyatının aparıldığı 32 km-lik ərazidə mövcud status-kvo mühafizə ediləcək.
 
4. Hər iki tərəf Adana anlaşmasının önəmini vurğulayır. Rusiya mövcud şərtlərdə bu razılaşmanın tətbiqini asanlaşdıracaq.
 
5. 23 oktyabr 2019-cu il, saat 12:00-dan etibarən Rusiya hərbi polisi və Suriya sərhəd mühafizəçiləri YPG ünsürləri və silahlarının sərhəddən 30 km uzaqlığa çıxarılmasını təmin etmək üçün "Sülh çeşməsi” əməliyyatının xaricində qalan Suriya sərhəd zonasına daxil olacaq. Bu proses 150 saat ərzində tamamlanacaq. Eyni saatdan başlayaraq, Qamışlı şəhəri istisna olmaqla, "Sülh çeşməsi” əməliyyatı ərazisinin qərbi və şərqində, 10 km məsafədə ortaq rus-türk patrul fəaliyyəti başlayacaq.
 
6. Menbiç və Tel-Rıfatdan YPG ünsürləri silahları ilə birgə çıxarılacaq.
 
7. Hər iki tərəf terrorçuların müdaxilə cəhdlərinə qarşı birgə mübarizə aparacaq.
 
8. Miqrantların təhlükəsiz və könüllü şəraitdə geri qayıdışını təmin etmək üçün ortaq fəaliyyət yürüdüləcək.
 
9. Bu razılaşmanın tətbiqinə nəzarət və onun koordinasiya edilməsi üçün yoxlama və təsdiqləmə mexanizmi yaradılacaq.
 
10. Tərəflər Astana mexanizmi çərçivəsində Suriya ixtilafına qalıcı həll yolu tapmaq üçün fəaliyyəti davam etdirəcək və Konstitusiya Komitəsinin işini dəstəkləyəcək