Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Çempionlar Liqası: "Çelsi" məhsuldar heç-heçəyə, "Borussiya" əzmkar qələbəyə nail olub - VİDEO

6-11-2019, 09:25 Baxış: 11
Çempionlar Liqası: "Çelsi" məhsuldar heç-heçəyə, "Borussiya" əzmkar qələbəyə nail olub - VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.
Turun ilk 2 oyununda gözlənilməz nəticələr qeydə alınıb. F qrupunda yer alan "Barselona" İspaniyada Çexiyanın "Slaviya" (Praqa) komandasını məğlub edə bilməyib. Görüş qolsuz yekunlaşıb.
Bununla belə, Kataloniya təmsilçisi 8 xalla liderliyini qoruyub.
"Slaviya" isə 2 xalla qrupda sonuncudur.
G qrupunda "Zenit" Rusiyada da Almaniya "Leyptsiq"inə uduzub - 0:2. İlk yarının uzatma dəqiqələrində Dieqo Demme, 63-cü dəqiqədə Marsel Zabitser fərqlənib.
Bununla da xallarını 9-a çatdıran "Leyptsiq" liderliyini qoruyub.
4 xalı olan "Zenit" isə 3-cü pilləyə enib.
Gecənin qalan 6 görüşü isə daha məhsuldar alınıb. Almaniyanın Dortmund şəhərində "Borussiya" İtaliyanın "İnter" komandası ilə matçda 0:2 hesabı ilə geridə olduğu halda, əzmkar qələbəyə nail olub - 3:2. Hollandiya "Ayaks"ı isə İngiltərədə "Çelsi" ilə qarşılaşmada 4:1 hesabı ilə üstün durumda olmasına rəğmən, yekunda heç-heçə ilə kifayətlənib - 4:4.