Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

“Rossiya 24” kanalı “Neft daşları”nın yubileyinə həsr olunmuş süjet yayımlayıb - VIDEO

8-11-2019, 09:58 Baxış: 361
“Rossiya 24” kanalı “Neft daşları”nın yubileyinə həsr olunmuş süjet yayımlayıb  - VIDEO
"Rossiya 24” telekanalının "Vesti. Ekonomika” proqramı "Neft daşları”nın yubileyinə həsr olunmuş süjet yayımlayıb.
 
Süjetdə "Neft daşları”nın tarixi və bu günündən söhbət açılır. Bildirilir ki, Azərbaycanda "Neft daşları” yatağının 70 illik yubileyi qeyd olunur.
 
Xəzər dənizində, Abşeron yarımadasından 42 kilometr şərqdə yerləşən şəhər tipli qəsəbədə fasiləsiz olaraq karbohidrogen hasil edilir.
Metal estakadalar üzərində 1949-cu ildə yaradılmış şəhər ən qədim neft platforması kimi "Ginnesin Rekordlar Kitabı”na daxil edilib.