Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

ABŞ qadağan olunmuş ballistik raketi sınaqdan keçirib - VIDEO

13-12-2019, 10:17 Baxış: 1 551
ABŞ qadağan olunmuş ballistik raketi sınaqdan keçirib  -  VIDEO
 
ABŞ qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilədə qadağan edilmiş yerüstü ballistik raketi sınaqdan keçirib.
 
Bu barədə Pentaqon rəhbəri Mark Esper özünün "Twitter” səhifəsində paylaşıb.
 
O, qeyd edib ki, nüvə başlığı olmayan yerüstü ballistik raketin prototipi uğurla sınaqdan keçirilib.
 
Onun sözlərinə görə, prototipin hazırlanması doqquz ay çəkib.
 
Rəsmi Moskva isə bu cür addımları cavabsız qoymayacağı ilə bağlı ABŞ-a xəbərdarlıq edib.
 Qeyd edək ki, bu ilin avqustunda da Pentaqon Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşma çərçivəsində qadağan edilmiş ballistik raketin sınaqdan keçirildiyini bildirmişdi.
Xatırladaq ki, dünən ABŞ-ın Nyu Meksika ştatında "torpaq-torpaq” tipli "Precision Strike Missile” (PrSM) raketi sınaqdan keçirilmişdi.
 
Mütəxəssislər bu raketi Rusiyanın "İsgəndər” kompleksinin analoqu hesab edirlər.