Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Rusiya Təhqiqat Komitəsi Moskvadakı atışma ilə bağlı rəsmi məlumat yayıb - VIDEO

20-12-2019, 09:30 Baxış: 1 395
Rusiya Təhqiqat Komitəsi Moskvadakı atışma ilə bağlı rəsmi məlumat yayıb  -   VIDEO
 
Rusiya Təhqiqat Komitəsi dekabrın 19-da Moskvada baş vermiş atışma ilə bağlı rəsmi məlumat yayıb.
 
Məlumatda naməlum şəxsin Moskvanın mərkəzində, Bolşaya Lyubyanka küçəsindəki 12 nömrəli evin yaxınlığında insanlara atəş açdığı bildirilir.
 
Qeyd olunur ki, hadisə nəticəsində Rusiya Federal Təhlükəsizlik Bürosunun (FTB) bir əməkdaşı həlak olub, beş nəfər, o cümlədən bir mülki şəxs və FTB-nin dörd işçisi yaralanıb. Hadisəni törədən şəxs zərərsizləşdirilib.
Onun şəxsiyyəti müəyyənləşdirilir.