Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Vladimir Putin Qızıl meydanda xokkey oynayıb - VIDEO

26-12-2019, 09:36 Baxış: 95
Vladimir Putin Qızıl meydanda xokkey oynayıb  -  VIDEO
 
Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Qızıl meydanda yerləşən buz meydançasında xokkey oynayıb.
 
TASS agentliyi bildirir ki, Gecə Xokkey Liqası çərçivəsində keçirilən matçda Putinin komandası rəqibinə 8:5 hesabı ilə qalib gəlib. Qalib komandanın heyətində qollardan yarıdan çoxunu dövlət başçısı rəqib qapısından keçirib.
 
Vladimir Putinin komandasında, həmçinin Müdafiə naziri Sergey Şoyqu, Rusiya xokkeyinin əfsanələri Pavel Bure, Valeri Kamenski, Sergey Fyodorov, Aleksey Kasatonov və başqaları forma geyiniblər.
 
Rəqib komandanın heyətində isə Tula qubernatoru Aleksey Dyumin, biznesmenlər Qennadiy Timçenko, Vladimir Potanin və Roman Rutenberq, həmçinin musiqiçi İqor Butman yer alıblar.
 
Vladimir Putin Qızıl meydanda xokkey oynayıb  -  VIDEO