Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

SSRİ xalq artisti Qalina Volçek 87 yaşında vəfat edib - VIDEO

27-12-2019, 10:11 Baxış: 273
SSRİ xalq artisti Qalina Volçek 87 yaşında vəfat edib - VIDEO 
 Ria novosti agentliyi xəbər verir ki, bu barədə "Sovremennik” teatrından açıqlama verilib.
 
Məlumata görə, sənətçi 2 gün əvvəl sətəlcəm diaqnozu ilə Moskvadakı xəstəxanaya yerləşdirilib.
 
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 
Sənətçinin vəfatından sonra minlərlə insan onun evinin qarşısına toplaşıb.
 
Qeyd edək ki, Qalina Volçek 1933-cü ildə Moskvada, məşhur rejissor və operator Boris Volchek və ssenarist Vera Maymina ailəsində anadan olub.
 
O, 1955-ci ildə Moskva Akademik Bədaye Teatr məktəbini bitirib.
 
Sənətçi "Don Kixot”, "Maşına baxın”, "King Lear”, "Payız Marafonu” və digər məşhur filmlərdə rol alıb.
 
Qalina Volçek 1972-ci ildə "Sovremennik " teatrının baş rejissoru olub.
 
Sənətçi 1989-cu ildən bədii rəhbər vəzifəsini icra edirdi.