Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Qasım Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər yaralanıb - VİDEO

Qasım Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər yaralanıb  -  VİDEO
 
İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlərin və xəsarət alanların sayı məlum olub.
 
 İran dövlət televiziyasının verdiyi xəbərə görə, Qasım Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb.
 
                               ***
 İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlər var.
 
Bunu İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivənd deyib.
 
Ölənlərin dəqiq sayı barədə açıqlama verilməyib.
 
P.Kulivənd hadisə nəticəsində yaralananların da olduğunu bildirib.
 
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.
 
İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.