Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Bakıda tüstüdən boğularaq ölən əcnəbi tələbələrin adları məlum olub - VİDEO

10-01-2020, 09:26 Baxış: 21
   Bakıda tüstüdən boğularaq ölən əcnəbi tələbələrin adları məlum olub  -  VİDEO
 
Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş bədbəxt hadisə zamanı ölən əcnəbi tələbələrin şəxsiyyəti məlum olub. Bunlar 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir.
 
Şri-Lanka vətəndaşları olan qızların Bakıda fəaliyyət göstərən Qərbi Xəzər Universitetinin tələbələri olduğu bildirilir. Tələbə qızlar iki ay imiş ki, həmin mənzildə məskunlaşıblar.
 
Onların meyitləri müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.
Qeyd edək ki, yanğını ilk olaraq qonşulardan biri görüb və həmin şəxs tələbə qızların qaldığı mənzilin pəncərəsini sındıraraq onlara kömək etmək istəyib.
Ancaq artıq gec olub, qızlar yatmış vəziyyətdə zəhərlənərək ölüblər.