Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

İmişli səmasında naməlum uçan obyekt

7-02-2020, 09:18 Baxış: 321
İmişli səmasında naməlum uçan obyekt
Azərbaycanda havada hərəkət edən naməlum obyekt görünüb.
 
Dairəvi formada olan qeyri-adi obyekt ötən gün saat 20:00 radələrində İmişli şəhəri ərazisində qeydə alınıb.
 
Naməlum obyekt təxminən beş dəqiqə müddətində yerdən 500-600 metr hündürlükdə hərəkət edib və adi gözlə aydın müşahidə edilib.
 
Bəzi sakinlər tərəfindən telefonla qeydə alınan cisim bir neçə müddət səmada dayandıqdan sonra anidən gözdən itib.
 
Qeyd edək ki, bundan əvvəl də Azərbaycanın müxtəlif ərazilərində uçan naməlum obyektlərin görüntüləri qeydə alınıb.