Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Alov qüllələri ilə bağlı yayılan görüntülər araşdırılır

11-03-2020, 14:37 Baxış: 183
Alov qüllələri ilə bağlı yayılan görüntülər araşdırılır
 
Sosial şəbəkələrdə "Flame Towers” (Alov qüllələri) kompleksində qüllələr arasında kəndirbazın hərəkət etdiyini əks etdirən görüntülər yayılıb.
 
Videoda kəndirbazın kəndir üzəri ilə yeriyərək bir qüllədən digər qülləyə tərəf getdiyi görünür.
 
Kəndirbazın təhlükəli hərəkətlərinin helikopter vasitəsilə çəkildiyi iddia olunur.
 
"Flame Towers” kompleksindən "Report”a bildirilib ki, məsələ hazırda araşdırılır.
 
Ehtimal edilir ki, videonun hazırlanmasında vizual effektlərdən istifadə olunub.
 
Qeyd edək ki, "Flame Towers” hündürlüyü 90 metrdir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır.