Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8427
  • RUB0,0220
  • NEFT$30.64
^
XƏBƏR LENTİ

Azərbaycanın ən hündür səmənisi yetişdirildi - VİDEO

Azərbaycanın ən hündür səmənisi yetişdirildi - VİDEO
 
Mingəçevirdə ölkənin ən hündür səmənisi yetişdirilib.
 
Hündürlüyü 2 metr 40 santimetr olan Novruz atributu şəhərin Heydər Əliyev prospektində yerləşən Uşaq İncəsənət Məktəbinin önündə quraşdırılıb.
 
İstixana şəraitində təxminən 20 günə yetişən səməni 70 kiloqram buğdadan cücərdilib. Səməni xüsusi elektrik mexanizmə qoşulub.
 
Bu da ona bütün günboyu dövrə vurmağa imkan verir.
 
Şəhərdə ilk dəfə yetişdirilən ən hündür səməniyə maraq böyükdür.
 
Mingəçevir şəhəri ərazisində 8 müxtəlif tərtibatlı səməni quraşdırılıb.
 
Növbəti Novruz bayramı ərəfəsində şəhər ərazisində daha hündür səmənilərin yetişdirilməsi nəzərdə tutulur.