Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Rusiyada cəzaçəkmə müəssisəsində dustaqlar yanğın törədiblər - VİDEO

11-04-2020, 07:22 Baxış: 204
Rusiyada cəzaçəkmə müəssisəsində dustaqlar yanğın törədiblər - VİDEO
Rusiyanın İrkutsk vilayəti, Anqarsk şəhərində yerləşən və aprelin 9-da məhkumların bir işçiyə hücum edərək iğtişaşlar törətdiyi cəzaçəkmə müəssisəsində yanğın baş verib.
 
Bu barədə "TASS”-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. "İlkin məlumatlara görə, yanğın qəsdən törədilib.
 
Müəssisənin binalarından biri yanğına məruz qalıb”, - deyə agentliyin mənbəyi bildirib.
 
Onun sözlərinə görə, cümə günü gecə cəzaçəkmə müəssisəsində iğtişaşlar olub, bu müddətdə məhkumlar yanğın törədiblər.
 
Yanğının söndürülməsi üçün işlər görülür.