Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Yaqut Qarayeva: İstədiyimiz nəticəni əldə edə bilmədik - Canlı

20-06-2020, 11:17 Baxış: 978
Yaqut Qarayeva: İstədiyimiz nəticəni əldə edə bilmədik - Canlı
 
Təəssüf ki, qısa qapanma tətbiq olunan günlərdə məqsədimiz olan nəticəni əldə edə bilmədik.
 
Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib: "Biz istəyirik ki, sosial aktivliyi, insanların bir yerə toplaşmasını azaldaq.
Bu gün hər bir vətəndaş infeksiya mənbəyi ola bilər.
 
Hər bir infeksiyadan tamamilə qorunmanın yolu onun peyvəndinin olmasıdır.
 
Eyni zamanda xəstəliyin spesifik müalicəsi dünyanın heç bir yerində yoxdur.
Yazılan dərman preparatları başqa xəstəliklərin istifadəsinin tövsiyəsidir.
 
Heç bir dərmanın bu gün koromavirus xəstəsini müalicə etməsi barədə təsdiq yoxdur".