Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Yaqut Qarayeva: "İkitərəfli pnevmoniyalı şəxslər COVID-19 xəstəsi kimi qəbul edilir"

20-06-2020, 11:58 Baxış: 722
Yaqut Qarayeva: "İkitərəfli pnevmoniyalı şəxslər COVID-19 xəstəsi kimi qəbul edilir"
 
"Son həftə ərzində koronavirus xəstə sayından əlavə xəstəxanalardan yatan koronavirus testinin cavabı neqativ çıxmış və ya cavabı çıxmamış xeyli sayda ikitərəfli prevmaniyalı ağır xəstələrimiz var".
 
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, dünya praktikasına əsaslanaraq onları COVID-19 xəstəsi kimi qəbul edilib:
 
"Onlar üçün xəstəxanalar boşaldılıb və hamısı xibbi xidmətlərini alırlar".