Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

İş adamının jurnalistləri söyən qalmaqallı oğlu saxlanıldı

6-07-2020, 07:26 Baxış: 595
İş adamının jurnalistləri söyən qalmaqallı oğlu saxlanıldıSərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən şəxslərdən daha biri saxlanılıb.
 
Bu, hoteldən çıxarkən jurnalistləri təhqir edən 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayevdir.
 
O, iş adamı Fətulla Babayevin oğludur. "Maşallah, hara gedirik, oralar quruyur.
 
Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və "Fairmont" da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq", - deyə o, "İnstagram” hesabında paylaşdığı videoda bildirmişdi.
 
Ona hansı cəza veriləcəyi hələ məlum deyil.
 
Bu, İ.Babayevin ilk qalmaqallı hadisəsi deyil.
 
O, ötən il idarə etdiyi "Mercedes Gelandewagen” markalı avtomobili digər 3 avtomobilə çırpmışdı.